İran Bəhreyndəki ABŞ radar sistemini VURDU

 08:48 13.11.2026     35

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin cənubundakı telekommunikasiya qülləsinə endirilən hava zərbəsinə cavab olaraq Bəhreyndə yerləşən ABŞ-yə məxsus erkən xəbərdarlıq radar sistemini vurduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

SEPAH hücumu “təcavüzkar düşmən”ə ünvanlanmış ciddi xəbərdarlıq adlandıraraq məqsədin Hörmüz boğazındakı hava təxribatlarına və neft qaçaqmalçılığına son qoymaq olduğunu bildirib: “Əgər bu pozuntular və təcavüzkarlıq halları təkrarlanarsa, SEPAH-ın Aerokosmik Qüvvələri heç bir məhdudiyyət olmadan cavab verməyə tam hazırdır”.

“Reuters” yazır ki, bu, sentyabrın əvvəlindən bəri İranın Körfəz ölkələrindən birində ABŞ hərbi obyektinə hücum edilən ilk haldır.

Vumart və Güvən reklamı Vumart Güvən