“Artıq üçüncü dünya müharibəsi gedir” - Ukrayna Ali Radasının deputatı
Ukrayna Ali Radasının deputatı Maryana Bezuqlaya dünyada artıq üçüncü dünya müharibəsinin getdiyini iddia edib.
Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, deputat bu barədə “RBK-Ukrayna” nəşrinə açıqlamasında danışıb.
Onun sözlərinə görə, 2022-ci ildə Rusiyanın Ukraynada başlatdığı xüsusi hərbi əməliyyat yeni tarixi dövrün başlanmasına təkan verib.
“Hazırda süni intellekt, robotlaşdırma, böyük dövlətlərin yeni rolları və beynəlxalq hüququn yenidən nəzərdən keçirilməsi kimi proseslər baş verir. Artıq üçüncü dünya müharibəsinin içindəyik. Sadəcə, bu müharibə fərqli şəkildə və başqa sürətlə inkişaf edir”, – deyə Bezuqlaya bildirib.
NURİYYƏ













