ABŞ-nin baş prokuroru da hərbi bazaya köçürüldü

 18:38 13.11.2026     43

ABŞ-nin baş prokuroru, eyni zamanda ədliyyə naziri olan Todd Blanş artıq bir neçə aydır ki, ölkənin hərbi bazalarından birində məskunlaşıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Baş prokurorun yaşayış yerini dəyişməsinin səbəbləri açıqlanmayıb. Onun hazırda qaldığı məkan barədə də dəqiq informasiya verilmir.

Vurğulanır ki, hərbi obyektin ərazisinə köçürülən yeganə ABŞ administrasiyası nümayəndəsi Blanş deyil. Bundan əvvəl ABŞ-nin hərb naziri Pit Heqset və Dövlət katibi Marko Rubio da Vaşinqtondakı hərbi bazaların birinə köçürülüblər.

Bundan əlavə, bu yaxınlarda ABŞ-nin maliyyə naziri Skott Bessentin də İran tərəfindən təhdidlər aldığı iddia edildiyi üçün hərbi obyektdə yaşamağa başladığı qeyd olunur.

Vumart və Güvən reklamı Vumart Güvən