ABŞ və Ermənistan arasında TRIPP layihəsinin icrası müzakirə OLUNDU

 22:11 13.11.2026     42

Noyabrın 13-də Ermənistan ilə ABŞ arasında imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyasının İcrası üzrə İşçi Qrupunun videoiclası keçirilib.

Redaktor.az xəbər verir ki, onlayn görüşdə Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyan və ABŞ dövlət katibinin köməkçisinin müavini Peter Andreoli iştirak ediblər.

Tərəflər Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyasında göstərilən sektoral təşəbbüslərin həyata keçirilməsinin gedişatını, TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı məsələləri, eləcə də Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin digər gündəlik mövzularını müzakirə ediblər.

Müzakirələr enerji, vacib minerallar və nadir torpaqlar, eləcə də təhsil və mədəniyyət sahəsində əməkdaşlıqla bağlı məsələlərə yönəlib.

Vumart və Güvən reklamı Vumart Güvən