Türkiyədə partlayışda ölənlərin sayı AÇIQLANDI
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda metallurgiya müəssisəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 19-a çatıb.
Redaktor.az "Türkiye" qəzetinə istinadən xəbər verir ki, xilasedicilər partlayışdan sonra itkin düşən fəhlə Barış Güneyin meyitini tapıblar.
Bununla da faciə nəticəsində həyatını itirənlərin sayı 19-a yüksəlib. Partlayışın səbəbləri və başvermə şəraiti araşdırılır.
Hadisə noyabrın 9-da Aliağa rayonunun Çakmaklı məhəlləsində, Atatürk küçəsində yerləşən zavodda baş verib.
Aliağa rayonunda yerləşən HABAŞ zavodu 1987-ci ildən fəaliyyət göstərən HABAŞ qrupuna məxsus poladəritmə müəssisəsidir. Tam istehsal dövrünə malik kompleksin illik polad istehsalı gücü 4.5 milyon tona çatır.













