Əfqanıstanda qadınların daha bir hüququ əlindən ALINDI
Əfqanıstanda qadınlar tibbi yardımdan məhrum ediliblər.
Redaktor.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Bildirilir ki, Taliban kişi həkimlərin qadınları qəbul etməsini qadağan edib. Üstəlik qadın tibb mütəxəssisləri 2024-cü ildən bəri təlim keçməyib və ya işə götürülməyib.
Bildirilir ki, bir neçə əyalətdə xəstə qadın həkim və ya kişi qəyyumu olmadan müayinə olunmur, Bəlxdə isə qadınlara adla müraciət etmək qadağan edilib — onlar reseptlərdə "bibi" kimi xatırlanır.
Nəticədə, qadınlar təcili yardıma gəldikdə belə, müalicəsiz qalırlar.













