Makronun istefasını İSTƏYİRLƏR

 23:46 14.11.2026     32

Fransada kütləvi etirazların beşinci dalğası başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb.

Fransada yaşayış xərclərinin artması, aşağı əməkhaqqı və təhsil sahəsindəki problemlərlə əlaqədar minlərlə insan yenidən küçələrə çıxıb. Etirazçıların bir qismi ölkə prezidenti Emmanuel Makronun istefasını tələb edir.

Aksiyalar Paris, Bordo, Marsel və digər şəhərlərdə keçirilir. Paytaxtda etirazlarda 60 minədək insanın iştirak edəcəyi gözlənilir. İctimai asayişin qorunması üçün ölkə üzrə təxminən 70 min polis və jandarm əməkdaşının səfərbər edilməsi qərara alınıb.

Nəşrin Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, artıq 120-dən çox şəxs saxlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən