HƏMAS-ın yüksək rütbəli üzvü öldürüldü
İsrail Müdafiə Qüvvələri İsrail Təhlükəsizlik Xidməti ilə koordinasiyalı şəkildə HƏMAS-ın hərbi qanadının yüksək rütbəli üzvünü zərərsizləşdirdiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə məlumat İMQ-nin teleqram kanalında yer alıb.
“Bu yaxınlarda HƏMAS-ın hərbi qanadına mənsub yüksək rütbəli bir terrorçuya qarşı zərbə endirilib”, - məlumatda deyilir.













