Vuçiç Serbiya parlamentində deputat fraksiyasının rəhbəri seçildi

 09:42 15.11.2026     38

"Vahid Serbiya" seçki siyahısının lideri Aleksandar Vuçiç Serbiya parlamentində deputat fraksiyasına rəhbərlik edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Vuçiç "Pink" telekanalına müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, fraksiyanın "Vahid Serbiya", "Serbiya terrora qarşı" və ya başqa adla fəaliyyət göstərəcəyi ilə bağlı yekun qərarın bazar ertəsi və ya çərşənbə axşamı səhər saatlarında verilməsi gözlənilir.

Vuçiç ilkin mərhələdə fraksiyaya şəxsən rəhbərlik edəcəyini bildirib. Bununla yanaşı, o, bu vəzifədə uzun müddət qalacağına əmin olmadığını da qeyd edib.

 

Vumart və Güvən reklamı Vumart Güvən