Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
Fransa Prezidenti Emmanuel Makron Ukraynanın NATO-nun tərkibinə qəbul edilməsini zəruri hesab etdiyini bildirib.
Redaktor.az xəbər verir ki, Fransa lideri bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Əminəm ki, Avropada ən güclü konvensional orduya malik olan Ukrayna NATO ilə birlikdə əsas rol oynayır və Alyans çərçivəsində ona layiqli yer ayrılıb", – deyə E.Makron vurğulayıb.
Qeyd edək ki, daha əvvəl "The Economist" qəzeti ABŞ-nin münaqişənin nizamlanması layihələrindən biri çərçivəsində Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını və Avropaya qaz tədarükünün bərpasını, Kiyevə isə NATO-ya üzvlükdən imtina müqabilində "investisiya paketi" və Avropa İttifaqına üzvlük təklif etdiyini yazmışdı.
ABŞ 2025-ci ildən etibarən Ukraynanın NATO-ya qəbulunun artıq gündəmdə olmadığını dəfələrlə bəyan edib və bunu Alyansın Baş katibi Mark Rütte də təsdiqləyib.













