ABŞ-nin Bəhreyndəki helikopter bazasındakı radara PUA zərbəsi endirildi - YENİLƏNİB

 15:40 15.11.2026     106

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasında hava hücumundan müdafiə obyektlərinə zərbə endirib. 

Redaktor.az xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 

son zərbələrin videosunu yayıb. 

Qeyd edilib ki, ABŞ-nin hərəkətlərinə cavab olaraq, SEPAH Bəhreyndəki ABŞ hərbi bazasına uğurlu hücumlar planlaşdırıb və həyata keçirib.

***

Bəhreynin hava hücumundan müdafiə sistemləri bazar günü İrandan buraxılan pilotsuz uçuş aparatlarını (PUA) ələ keçirərək məhv edib.

Redaktor.az xəbər verir ki, bu barədə Bəhreynin Dövlət Televiziyası ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, hava hücumundan müdafiə sistemləri İran PUA-larını nəzərdə tutulan hədəflərə çatmadan vurub. 

Açıqlamada Tehran “məkrli hücumları vasitəsilə sistemli düşmənçilik siyasətini davam etdirməkdə” ittiham edilib.

Vumart və Güvən reklamı Vumart Güvən