ABŞ-ni bütün təyyarələri endirməyə nə məcbur etdi? - Əsl SƏBƏB

 18:13 15.11.2026     77

ABŞ-də 13 noyabrda ölkə üzrə bütün uçuşların müvəqqəti dayandırılmasından sonra aviaşirkətlər fəaliyyətlərini bərpa etməkdə çətinlik çəkirlər. İki gün ərzində ölkədə 14 mindən çox reys ləğv edilib.

Redaktor.az xəbər verir ki, ABŞ Federal Aviasiya Administrasiyası (FAA) rabitə sistemində yaranan nasazlıq səbəbindən cümə günü saat 15:54-də ölkə üzrə uçuşların dayandırılması barədə qərar verib. Məhdudiyyət dörd saatdan çox davam edib.

İlkin olaraq hadisənin kiberhücumla bağlı ola biləcəyi ehtimal edilsə də, ABŞ rəsmiləri bu versiyanı təkzib ediblər.

ABŞ Nəqliyyat Nazirliyinin məlumatına görə, nasazlıq hava hərəkətini idarə edən rabitə sisteminin köhnə mis kabellərinin optik liflərlə əvəzlənməsi zamanı yaranıb. L3Harris şirkətinin həyata keçirdiyi texniki yenilənmə zamanı marşrutlaşdırıcılardan birinin həddindən artıq yüklənməsi rabitə və radar sistemlərində fasilələrə səbəb olub.

Problem FAA-nın 22 regional mərkəzindən 17-nin fəaliyyətinə təsir edib.

Nəqliyyat naziri Şon Daffi nasazlığa podratçı şirkətin səhvinin və ya avadanlıq qüsurunun səbəb ola biləcəyini bildirib. L3Harris isə hadisə ilə bağlı araşdırmada FAA-ya dəstək verdiyini açıqlayıb.

FAA rəhbəri Brayan Bedford uçuşların tam bərpasının vaxt aparacağını, çünki təxminən 12 min reysə xidmət göstərməli olan təyyarə və ekipajların əvvəlki mövqelərindən kənarda qaldığını bildirib.

ABŞ rəsmiləri uçuş cədvəllərinin bazar günü axşamınadək tam bərpa olunacağını gözləyirlər. Bu arada minlərlə sərnişin hava limanlarında gözləməli olub, aviaşirkətlər isə biletlərin ödənişsiz dəyişdirilməsi imkanını təqdim ediblər.

Vumart və Güvən reklamı Vumart Güvən