Estoniya dekabrın 1-dən Rusiya ilə sərhəd-keçid məntəqələrini bağlayacaq
Tallinn 2026-cı il dekabrın 1-dən Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrinin fəaliyyətini dayandırmaq niyyətində olduğunu Finlandiya, Latviya və Litvaya da bildirib.
Redaktor.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna “X” sosial şəbəkəsindəki paylaşımında açıqlayıb.
“Estoniya dekabrın 1-dən Rusiya-Estoniya sərhədindəki bütün keçid məntəqələrini bağlayacaq. Bu barədə Finlandiya, Latviya və Litvadakı həmkarlarımı məlumatlandırmışam”, – nazir bildirib.













