ABŞ-nin Tehranın şərtlərinə cavabı praktik deyil - İran XİN

 23:46 15.11.2026     38

Tehran Vaşinqtonun irəli sürdüyü cavabların İranın tələblərinin yerinə yetirilməsini qeyri-müəyyən vaxta təxirə saldığını bildirir.

Redaktor.az xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bəyan edib.

İranın dövlət teleradio şirkətinin məlumatına görə, Qəribabadi ABŞ-nin cavablarında Tehranın bəzi şərtlərinin yerinə yetirilməsinin gələcəyə saxlanıldığını bildirib. Onun sözlərinə görə, belə olan halda tərəflər arasında razılaşmanın əldə olunması mümkün deyil.

Diplomat qeyd edib ki, Vaşinqton diplomatiyadan sui-istifadə edərək vaxt qazanmaq və yeni hücum üçün zəmin hazırlamaq niyyətində ola bilər.

Qəribabadinin fikrincə, ilk növbədə ABŞ İranın bütün şərtlərinin yerinə yetiriləcəyinə dair lazımi təminatlar verməlidir.

Vumart və Güvən reklamı Vumart Güvən