Rusiya Estoniyanın sərhəd-keçid məntəqələrini bağlamaq planını araşdıracaq

 01:00 16.11.2026     38

Rusiya Estoniyanın bütün sərhəd-keçid məntəqələrini bağlamaq niyyəti ilə bağlı məlumatların doğruluğunu yoxlayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova məlumat verib.

O qeyd edib ki, Estoniya həqiqətən Rusiya ilə bütün sərhəd-keçid məntəqələrini bağlamağı planlaşdırırsa, bu, aqressiv rusofobiyanın növbəti təzahürü olacaq.

Qeyd edək ki, Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna dekabrın 1-dən Rusiya ilə bütün sərhəd-keçid məntəqələrinin bağlanacağını açıqlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən