Ukrayna ordusu Krım körpüsünə zərbə endirdi - Hərəkət DAYANDIRILDI

 12:17 16.11.2026     35

Ukrayna Silahlı Qüvvələrinin Krım körpüsünün infrastrukturuna endirdiyi dron zərbəsindən sonra körpünün avtomobil yolu hissəsində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi rəsmi məlumat yayıb.

Nazirliyin açıqlamasına əsasən, hazırda hadisə yerində bərpa işləri davam etdirilir və avtomobil nəqliyyatının hərəkətinin bərpası imkanları qiymətləndirilir. Bildirilib ki, körpünün dəmir yolu xətti normal rejimdə fəaliyyətini davam etdirir və ilkin məlumatlara görə, hücum nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Bundan əvvəl Krımın rəhbəri Sergey Aksenov Ukrayna ordusunun Krım körpüsünə zərbə endirdiyini təsdiqləyib. O, məhdudiyyətlərin günün ortalarına qədər davam edəcəyini bildirib.

Məlumata görə, körpünün bağlanması səbəbindən hər iki istiqamətdə ümumilikdə 2000-dək avtomobil növbədə qalıb. Kerçdə vəziyyətin idarə olunması və nəticələrin aradan qaldırılması üçün operativ qərargah yaradılıb.

Vumart və Güvən reklamı Vumart Güvən