Krım körpüsünə dəyən ziyan qiymətləndirilir - Kreml
Ukraynanın PUA hücumu nəticəsində Krım körpüsünə dəyən zərər böyük deyil.
Redaktor.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O, hazırda zərərin qiymətləndirildiyini vurğulayıb. Bununla belə, Peskov deyib ki, körpüyə dəymiş zərər böyük deyil.
Kremlin sözçüsü Rusiyanın HHM sistemlərinin çox effektiv işlədiyini də qeyd edib.
“Baxmayaraq ki, heç bir sistem bu cür kütləvi zərbələrə qarşı 100% müdafiə təmin edə bilməz”, - Peskov əlavə edib.













