Təcavüz qalmaqalı: Jerar Depardye təqsirini etiraf etdi

 18:27 16.11.2026     39

Tanınmış fransalı aktyor Jerar Depardye təcavüz ittihamı üzrə təqsirini etiraf edib, eləcə də zərərçəkmişlərdən üzr istəyib.

Redaktor.az-ın xəbərinə görə, bu barədə BFMTV telekanalı məlumat verib.

Bundan əlavə, Jerar Depardye 2021-ci ildə "Yaşıl Panjurlar" filminin çəkilişləri zamanı iki qadına qarşı cinsi zorakılıq işi üzrə apellyasiya şikayətindən rəsmi olaraq imtina edib.

"Ədalət qərarını verdi. Mən günahkar bilindim. Bu hökmü qəbul edirəm", - deyə aktyor bildirib. O, zərərçəkmiş ola biləcək insanlardan səmimi şəkildə üzr istəyib.

Aktyor iddia edib ki, heç vaxt rastlaşdığı qadınları incitmək niyyətində olmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən