Ukrayna ilə bağlı üçtərəfli danışıqlar Əbu-Dabidə davam etdiriləcək - Putinin köməkçisi

 19:42 16.11.2026     34

Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli məsləhətləşmələr Əbu-Dabidə davam etdiriləcək, lakin növbəti raundun konkret tarixi hələ müəyyənləşdirilməyib.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

O qeyd edib ki, tərəflər BƏƏ-nin paytaxtında Rusiya tərəfini tam qane edən əvvəlki üçtərəfli formatda dialoqun davam etdirilməsi ilə bağlı prinsipial razılığa gələ biliblər, lakin yeni görüşün vaxtı hələ razılaşdırılmayıb.

Xatırladaq ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında üçtərəfli danışıqlar keçirilib.

Vumart və Güvən reklamı Vumart Güvən