Ukrayna, ABŞ və Avropa nümayəndələri danışıqların növbəti addımlarını müzakirə ETDİ

 22:38 16.11.2026     73

Noyabrın 16-da Ukrayna, ABŞ və Avropanın danışıqlar qrupları arasında münaqişənin həlli ilə bağlı onlayn görüş keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat verib.

Ukrayna liderinin sözlərinə görə, ABŞ tərəfdən görüşdə prezidentin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner iştirak ediblər. Avropanı isə Rusiya ilə danışıqlarda təmsil olunacaq tərəflər – Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Polşa, Avropa Komissiyası, Avropa Şurası və NATO-nun nümayəndələri təmsil ediblər.

“Bu gün Ukrayna, ABŞ və Avropa danışıqlar qrupları arasında komandalar səviyyəsində daha bir müzakirə keçirildi. Söhbət asan olmadı, lakin nəticə var: “Könüllülər koalisiyası” çərçivəsində Berlində görüşəcək və danışıqlar prosesində konkret birgə addımlar hazırlayacağıq”, – Zelenski bildirib.

O, diplomatik proseslərin fəal şəkildə davam etdiyini vurğulayıb. Prezident Ukrayna üçün münaqişənin layiqli şəkildə başa çatmasının və təhlükəsizlik təminatlarının vacibliyini qeyd edib.

Qeyd edək ki, noyabrın 16-da Avropa Komissiyasının nümayəndəsi Paulu Pinyu avropalıların Ukrayna ilə bağlı danışıqların növbəti mərhələsində iştirak etməyə hazır olduqlarını açıqlayıb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən