Kaliforniya Ukraynaya yeni yardım paketi elan ETDİ
Kaliforniya qubernatoru Qevin Nyusom Lvova səfəri zamanı Ukraynaya yeni yardım paketinin ayrıldığını açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə qubernatorun ofisinin rəsmi saytında dərc olunan məlumatda bildirilib.
Açıqlamada qeyd olunub ki, Nyusom bazar günü Ukraynaya səfər edib və Kaliforniyanın Ukrayna tibb müəssisələrinə elektrik generatorları, 50 çarpayılıq səhra tibbi məntəqəsi, 1300-dən çox xəstəxana çarpayısı, 11 milyondan artıq tibbi sarğı və yaralıların müalicəsi üçün digər zəruri ləvazimatlar göndərəcəyini açıqlayıb.
Kaliforniya qubernatorunun yanında fəaliyyət göstərən Fövqəladə Hallar İdarəsi (Cal OES) vasitəsilə artıq avadanlıq və materialların təhvil verilməsi əvvəlki yardımın davamı kimi təqdim olunub. Münaqişənin ilk aylarında Kaliforniya Ukraynaya beş tibbi məntəqə və fərdi mühafizə vasitələri göndərib.
Bildirilib ki, Nyusom Lvov vilayətinin rəhbəri Maksim Kozitski və digər regional rəsmilərlə də görüşüb.
Xatırladaq ki, daha əvvəl ABŞ-nin birinci xanımı Melaniya Tramp Aleşkidə əldə olunan atəşkəsin Rusiya və Ukrayna arasında humanitar sahədə əməkdaşlıq üçün zəmin yaratdığını bildirib. Rusiya Prezidenti Vladimir Putin isə Aleşkidəki missiyaya bənzər növbəti humanitar missiyanın Konstantinovkada keçirilə biləcəyini qeyd edib.
Xədicə BAXIŞLI













