İranda hava hücumundan müdafiə sistemləri aktivləşdirildi
İranın İsfahan şəhərində hava hücumundan müdafiə sistemləri aktivləşdirilib. İlkin məlumatlara görə, HHM qüvvələri səmada hədəflər aşkarlayaraq onlara qarşı müdaxiləyə başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Qeyd edək ki, İsfahan İranın hərbi sənayesi və nüvə proqramının əsas mərkəzlərindən biri hesab olunur. Şəhər daha əvvəl də hücumlara məruz qalıb. Fordo və Natanzdakı nüvə obyektləri də hədəfə alınıb.
Hadisələr fonunda İran rəsmilərinin nüvə proqramı ilə bağlı açıqlamaları da diqqət çəkir.













