Ukrayna Krım körpüsünü "Flamingo" raketi ilə VURDU: Tağlardan biri uçdu, hərəkət tamamilə dayandırıldı

 10:44 17.11.2026     94

Ukrayna Silahlı Qüvvələri ötən gecə Krım körpüsünə "FP-5 Flamingo" qanadlı raketi ilə zərbə endirib.

Redaktor.az xəbər verir ki, noyabrın 17-nə keçən gecə həyata keçirilən növbəti hücumdan sonra körpüyə dəyən ziyan əvvəlki ilə müqayisədə xeyli ağır olub.

Məlumata görə, zərbə nəticəsində yol örtüyü də daxil olmaqla körpünün əsas konstruksiyalarına ciddi ziyan dəyib. Rusiya teleqram kanallarında körpünün tağlarından birinin uçduğunu əks etdirən görüntülər yayılıb.

Rusiya Nəqliyyat Nazirliyi körpü üzərindən həm avtomobillərin, həm də qatarların hərəkətinin tamamilə dayandırıldığını rəsmi şəkildə təsdiqləyib. Hazırda mütəxəssislər hadisə yerində konstruksiyaları yoxlayır və dəymiş ziyanın miqyasını qiymətləndirirlər.

Bundan əvvəl Krımın Rusiya tərəfindən təyin edilmiş rəhbəri Sergey Aksyonov körpünün bir sutka ərzində ikinci dəfə hücuma məruz qaldığını açıqlayaraq, yarımada sakinlərini və turistləri bu istiqamətdə səfərlərdən çəkinməyə çağırmışdı.

Xatırladaq ki, Ukrayna ordusu dünən də Krım körpüsünə dron zərbəsi endirmiş, lakin həmin hücumdan sonra körpüyə cüzi zərər dəydiyi bildirilmişdi.

 

Vumart və Güvən reklamı Vumart Güvən