ABŞ İranın bu adasına hücum ETDİ

 20:56 17.11.2026     89

ABŞ İranın cənubunda yerləşən Kişm adasına hücum edib. Hadisə nəticəsində yaşayış və kommersiya ərazilərinə, eləcə də infrastruktura ziyan dəyməyib.

Redaktor.az xəbər verir ki, bu barədə İranın Hörmüzqan əyaləti qubernatorunun müavini Əhməd Nəfisi IRNA agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Kişm adasında vəziyyət nəzarət altındadır. Bütün fövqəladə xidmətlər və inzibati qurumlar tam hazırlıq vəziyyətinə gətirilib.

Bildirilib ki, Hörmüz boğazının ən böyük adası olan Kişmdə beş-altı partlayış səsi eşidilib.

Qeyd edək ki, İran daha əvvəl ABŞ-yə ultimatum irəli sürüb. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai Tehranın irəli sürdüyü şərtlər yerinə yetirilməyənədək Hörmüz boğazının açılmayacağını bildirib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən