Avropada turist narazılığı böyüyür: “Kobud davranır, hörmət etmirlər”

 21:23 17.11.2026     50

Avropada həddindən artıq turizmə etiraz edən sakinlər ən arzuolunmaz turistlər kimi britaniyalıları göstəriblər.

Redaktor.az xəbər verir ki, bu barədə “Weekend Argus” nəşri məlumat yayıb.

Bildirilib ki, bu fikri hər il çoxsaylı turistlərin üz tutduğu İspaniyanın Benidorm şəhərinin sakinləri səsləndiriblər. Narazı yerli sakinlər turistləri “öz evlərinə qayıtmağa” çağırırlar. Onların etirazı əsasən britaniyalı turistlərə yönəlib.

Şəhər sakinlərindən biri bildirib: “Britaniyalıları çox az adam sevir. Onlar çox vaxt kobud davranır, spirtli içki qəbul edir və heç kimə hörmət etmirlər”.

Qeyd edək ki, daha əvvəl İspaniyanın böyük şəhərlərində minlərlə insanın iştirakı ilə turistlərə qarşı etiraz aksiyaları keçirilib. İyunun 15-də keçirilən aksiyalarda “Turizm çörəyimizi, evlərimizi və gələcəyimizi oğurlayır” şüarı səsləndirilib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən