"Nə? Harada? Nə zaman?"ın ulduzu ilə bağlı cinayət işi Rusiya məhkəməsində araşdırılacaq

 10:25 18.11.2026     31

Rusiya məhkəməsi "Nə? Harada? Nə zaman?" intellektual oyununun keçmiş iştirakçısı Rövşən Əsgərov barəsindəki cinayət işini qiyabi şəkildə araşdıracaq. O, nasizmin reabilitasiyası, ordu barədə saxta xəbərlərin yayılması, nifrət salınması və terror xarakterli digər qanun pozuntularında ittiham edilir.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya mətbuatında rəsmi məlumatlara istinadən informasiya verilib.

"Rövşən Əsgərovla bağlı cinayət işinin sənədləri məhkəməyə daxil olub və qiyabi qaydada baxılması üçün hakimə təqdim edilib. Prosesin keçiriləcəyi tarix hələlik müəyyənləşdirilməyib", - deyə məlumatda bildirilib.

Rövşən Əsgərov özü isə Rusiya ərazisində qiyabi həbs edilərək beynəlxalq axtarışa verilib. Bir müddət əvvəl Rusiya İstintaq Komitəsinin mətbuat xidməti xarici agent siyahısında olan Rövşən Əsgərova qarşı cinayət işinin istintaqının yekunlaşdığını bildirmişdi. İstintaq materiallarına əsasən, o, 2022-ci ildə öz sosial şəbəkə hesabında Sovet İttifaqı Marşalı Georgi Jukovun xatirəsini təhqir edən və ləkələyən yalan məlumatlar paylaşıb. Bununla yanaşı, iddia olunur ki, Əsgərov dəfələrlə dövlət xadimlərinin həyatına qəsd etməyə, Rusiyaya raket və bomba zərbələri endirməyə çağırışlar edib, Ukrayna ordusunun hücumlarına bəraət qazandırıb və xarici agent kimi tanınan şəxsin fəaliyyət qaydalarını pozub.

Vumart və Güvən reklamı Vumart Güvən