“Sahibkarların gündəlik problemləri aradan qaldırılmalıdır” - Deputat

 11:32 18.11.2026     70

"Cari ildən sonrakı dövrün dövlət büdcəsi cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən birinə uyğun olaraq hazırlanıb. Bu istiqamətlər ölkə iqtisadiyyatının şaxələndirilməsi, özəl sektorun inkişafının sürətləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və sahibkarlıq fəaliyyəti hesabına iqtisadi artımın təmin edilməsidir".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Azər Badamov bildirdi.

O vurğuladı ki, bu baxımdan, vergi siyasəti həmin strateji hədəflərin reallaşdırılmasında mühüm iqtisadi alətlərdən biridir:

"Müasir dövrdə vergi siyasəti yalnız büdcə gəlirlərinin formalaşdırılması vasitəsi deyil, həm də iqtisadi artımı, investisiya cəlbediciliyini və sahibkarlığın inkişafını stimullaşdıran mühüm mexanizmdir. Təqdim olunan layihə də büdcə gəlirlərinin artırılması, milli inkişaf prioritetlərinin təmin edilməsi və iqtisadi fəaliyyətin tənzimlənməsi baxımından dövlətin həyata keçirdiyi iqtisadi siyasətin davamıdır".

Deputat vergi qanunvericiliyinin təkmilləşdirilməsi və sahibkarların qarşılaşdıqları problemlərin aradan qaldırılmasının vacibliyinə də toxundu:

"Hesab edirəm ki, vergi qanunvericiliyinin formalaşdırılmasında sahibkarların gündəlik fəaliyyətlərində qarşılaşdıqları problemlərin aradan qaldırılması, mövcud tənzimləmələrin təkmilləşdirilməsi və qanunvericilikdəki boşluqların aradan qaldırılması istiqamətində həm cəmiyyət, həm də ictimaiyyət olaraq ortaq məqsədə xidmət edirik".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən