İran ABŞ-yə məxsus MQ-9 PUA-sını VURDU

 15:47 18.11.2026     33

İran ordusunun hava hücumundan müdafiə qüvvələri ABŞ-yə məxsus MQ-9 tipli pilotsuz uçuş aparatını Hörmüz boğazının şərqində vuraraq məhv edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Tasnim” İran ordusunun ictimaiyyətlə əlaqələr xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, pilotsuz uçuş aparatı ölkənin cənub-şərqində yerləşdirilmiş yerli istehsal hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanıb və İranın vahid hava hücumundan müdafiə şəbəkəsinin nəzarəti altında məhv edilib.

Vumart və Güvən reklamı Vumart Güvən