İtaliyada 13 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsi qadağan edilə bilər
İtaliya yetkinlik yaşına çatmayanların sosial şəbəkələrə çıxışını məhdudlaşdırmağı planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Ölkə parlamentinin dekabrın sonuna qədər hökumətin yeni yaş məhdudiyyətləri tətbiq etmək qərarını təsdiqləyəcəyi gözlənilir.
Bununla da İtaliya uşaqların internetdə qorunması üçün tədbirlər görən Avstraliya, Braziliya, Yunanıstan və digər ölkələrin sırasına qoşulacaq.
Dəyişikliyə əsasən, 13 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdə hesab yaratmaq qadağan ediləcək. 13-15 yaşlı yeniyetmələr yalnız hesablarının valideynlərindən birinin hesabına bağlı olması şərti ilə onlardan istifadə edə biləcəklər. Müstəqil hesablara 16 yaşından etibarən icazə veriləcək.
Düzəliş hələlik müzakirə üçün rəsmi olaraq parlamentə təqdim edilməyib, lakin Baş nazir Giorgi Meloni mərkəz-sağ koalisiyasının dəstəyindən istifadə edir. Parlament mənbələrinin məlumatına görə, sənəd, demək olar ki, mütləq təsdiqlənəcək. Müzakirə zamanı onun müddəaları dəyişdirilə bilər.
Təklif olunan məhdudiyyətlər təhsil tətbiqlərinə şamil edilməyəcək.













