Putin Yaponiya Baş naziri ilə GÖRÜŞDÜ

 20:32 18.11.2026     40

Rusiya Prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (ASİƏ) sammiti çərçivəsində Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə görüş keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə Yaponiya mətbuatı məlumat yayıb.

Nəşrin məlumatına görə, noyabrın 18-də axşam saatlarında Takaiçi Putinlə 30 dəqiqəlik fikir mübadiləsi aparıb. Görüş ASİƏ liderlərinin şərəfinə təşkil olunan qəbul zamanı baş tutub.

“İki lider gələcəkdə müxtəlif səviyyələrdə əlaqələri davam etdirmək barədə razılığa gəliblər”, – nəşr yazıb.

Qeyd edək ki, bu görüş 2022-ci ildən bəri iki ölkə lideri arasında ilk təmas olub.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl Moskva ilə dialoqun bərpası üçün Yaponiyanın qeyri-dost siyasətindən imtina etməli olduğunu bildirib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən