Hava limanında saxta pasportlarla Londona uçmaq istəyən iki nəfər SAXLANILDI

 20:50 18.11.2026     28

İspaniyanın Menorka adasından Böyük Britaniyaya saxta pasportlarla uçmağa cəhd edən iki sərnişin saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Cronica Balear” nəşri məlumat yayıb.

Hadisə noyabrın 14-də İspaniyanın Menorka hava limanında baş verib. Şübhəlilər Londona uçmaq üçün üzərlərində Lüksemburq, Sloveniya, Portuqaliya və Norveç vətəndaşlarına məxsus pasportlar daşıyıblar.

Polisin məlumatına görə, sənədlərdə saxtalaşdırmanın aşkar əlamətləri olub. Hazırda xarici ölkə vətəndaşları Maon şəhərindəki Milli Polis İdarəsində saxlanılır.

Qeyd edək ki, daha əvvəl güclü yağışlar Tailandın Pxuket adasında rusiyalıların sənədlərinin saxlanıldığı miqrasiya idarəsini su altında qoyub. Nəticədə pasportlara ciddi ziyan dəyib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən