Peskov Putin və Trampın görüşünün qısa olacağını BİLDİRDİ

 21:51 18.11.2026     29

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək görüşün qısa olacağı gözlənilir. Görüşün dəqiq müddəti barədə əvvəlcədən fikir yürütməyə ehtiyac yoxdur.

Redaktor.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “Vedomosti” nəşrinə açıqlamasında bildirib.

“Görək, nə qədər davam edəcəyini indidən təxmin etməyin mənası yoxdur. Sabah hər şeyi açıqlayacağıq”, – Kremlin nümayəndəsi deyib.

Noyabrın 18-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Putin və Trampın ikitərəfli görüşünün Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (ASİƏ) sammitinin plenar iclasından sonra keçiriləcəyini bildirib.

Dmitri Peskov isə daha əvvəl görüşün dəqiq vaxtının hələ müəyyənləşdirilmədiyini qeyd edib.

“New York Post”un məlumatına görə, görüşdə əsas müzakirə mövzusu nüvə silahlarına nəzarət üzrə sazişin hazırlanması olacaq. Nəşr Ukrayna münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunmayacağını ehtimal edib.

Qeyd edək ki, daha əvvəl ABŞ-nin sabiq dövlət katibi Hillari Klinton Putin, Tramp və Si Cinpin arasında keçiriləcək görüş barədə fikirlərini bölüşüb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən