Putin və Tramp Si Cinpinin yanında dayandılar
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində birgə foto çəkdiriblər.
Redaktor.az xəbər verir ki, liderlərin ənənəvi xatirə fotosu zamanı Putin Çin Sədri Si Cinpinin sağında, Tramp isə solunda dayanıb.
Mərasim başlamazdan əvvəl üç ölkənin liderləri bir-birilərini səmimi salamlayaraq əl sıxıblar.
Foto çəkilişi zamanı dövlət başçılarının çiyinlərində APEC-in sədrliyini simvolizə edən tünd qırmızı və açıq mavi rəngli şərflər olub. Si Cinpin tünd qırmızı, Putin və Tramp isə mavi rəngli şərflərə üstünlük veriblər.
Qeyd edək ki, sammit Şençjen Beynəlxalq Mübadilə Mərkəzində keçirilir.













