Putinlə uzun illərdir əla münasibətlərim var - Tramp
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərinin uzun illərdir yaxşı olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, Tramp bu barədə Putinlə görüşünün əvvəlində danışıb.
“Bizim uzun illərdir əla münasibətlərimiz var”, – deyə ABŞ lideri qeyd edib.
Tramp Çin səfəri çərçivəsində Putinlə keçirilən görüşün müsbət nəticələr verəcəyinə əmin olduğunu vurğulayıb. O, iki lider arasında uzun müddətdir davam edən yaxşı münasibətlərin mühüm nəticələrə gətirib çıxara biləcəyini bildirib.
NURİYYƏ













