Tramp və Si Cinpin Şençjendə GÖRÜŞDÜ
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Şençjen sammiti çərçivəsində bir araya gəlib.
Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumatda liderlərin görüş öncəsi anları belə təsvir olunub:
"Hər iki lider söhbət etmək üçün otağa daxil olub. Onlar üç Amerika və üç Çin bayrağının qarşısında poza vermək üçün qısa müddətə fasilə veriblər. Gündəmdəki növbəti məsələ ikitərəfli görüşdür".
Aminə ŞAHSUVARQIZI













