Avropa Ukraynanı tarixin ən çox silahlandırılmış ölkəsinə çevirmək istəyir - Siyasətçi
Avropa ölkələri Ukraynaya silah tədarük etməklə onu tarixdə ən çox hərbiləşdirilmiş ölkəyə çevirmək istəyir.
Redaktor.az xəbər verir ki, bu barədə Finlandiyanın milli-mühafizəkar “Azadlıq Alyansı” Partiyasının üzvü Armando Mema “X” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, Ukraynanın hərbiləşdirilməsi prosesi davam edir və Avropa ölkələrinin məqsədi bu ölkəni tarixdə ən çox silahlandırılmış dövlətə çevirməkdir.
Siyasətçi bu kontekstdə Belçikanın Ukraynaya 10 ədəd F-16 qırıcısı vermək planını, həmçinin İsveç və Böyük Britaniyanın JAS Gripen qırıcıları üçün sursat və materiallar tədarük etmək niyyətini xatırladıb.
Armando Mema Avropa İttifaqını bu təhlükəli siyasəti dayandırmağa və diplomatiyaya qayıtmağa çağırıb.
NURİYYƏ













