Paşinyan vəzifədən getməsi ilə bağlı şərtlərini AÇIQLADI
"Gələn həftə yeni konstitusiyanın ilkin layihəsi ictimaiyyətə təqdim ediləcək".
Redaktor.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan media nümayəndələri ilə söhbəti zamanı bildirib.
"Əgər yeni konstitusiya təsdiqlənərsə, şəxsən mən baş nazir postuna namizədliyimi verməyəcəyəm. Yəni, referendumun nəticələrindən asılı olmayaraq. Müxalifət bu təkliflə razılaşmasa, onları uzaqlaşdıracağıq. Bununla yanaşı, vətəndaşlar referendumdan asılı olmayaraq küçələrə çıxıb mənim istefamı tələb edə bilərlər", - deyə Paşinyan əlavə edib.













