Tbilisidə yaşayış binası partladı - yaralanan və itkin düşənlər var

 14:37 19.11.2026     38

Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında partlayış baş verib.

Redaktor.az “İmedi” telekanalına istinadən xəbər verir ki, hadisəyə səbəb qaz sızması olub.

Nəticədə binanın bir hissəsi uçub.

İlkin məlumata görə, partlayış səbəbindən 4 nəfər yaralanıb, daha 7 nəfər isə itkin düşüb. Onlardan üçünün uşaq olduğu bildirilir.

 

Vumart və Güvən reklamı Vumart Güvən