Rusiya, Çin və ABŞ-dən tarixi addım: Üçtərəfli bəyanat qəbul olundu
Çin, Rusiya və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub.
Redaktor.az xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, liderlərin birgə bəyanatı bir saat ərzində dərc olunacaq.
Qeyd edək ki, Çinin Şençjen şəhərində keçirilən APEC sammiti çərçivəsində Çin sədri Si Cinpin, ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında üçtərəfli görüş keçirilib. Görüş bir saat yarım davam edib.













