Putin Ukraynanın niyə sülh istəmədiyini AÇIQLADI

 17:00 19.11.2026     40

Rusiya Prezidenti Vladimir Putin Ukrayna hakimiyyətinin hərbi əməliyyatların dayandırılmasında maraqlı olmadığını bildirib. Onun sözlərinə görə, döyüşlər dayandırılacağı təqdirdə Ukrayna rəhbərliyi dərhal seçkilərə getməli olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin qeyd edib ki, hazırkı Ukrayna hakimiyyəti hakimiyyətdə qalmaq üçün seçkilərdə nəticələri, onun ifadəsi ilə desək, kobud şəkildə saxtalaşdırmalı olacaq.

Rusiya liderinin sözlərinə görə, hərbi əməliyyatların dayandırılması Kiyevin müharibə hesabına əldə etdiyi gəlirlərdən də məhrum olması ilə nəticələnəcək. O vurğulayıb ki, bu da Ukrayna hakimiyyəti üçün problem yaradacaq.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən