"İrana qarşı yeni hərbi əməliyyatlar qaçılmazdır" - Netanyahu

 17:49 19.11.2026     35

İsrail Baş naziri Benyamin Netanyahu təhlükəsizlik məsələlərinə dair müşavirə zamanı İrana qarşı hərbi əməliyyatın qaçılmaz olduğunu bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barıdı İsrailin N13 telekanlı məlumat yayıb.

“İranda hərbi əməliyyatdan yayınmaq mümkün deyil”, - Netanyahu bildirib.

Kanal qeyd edib ki, İsrail Müdafiə Ordusu və ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) bu əməliyyatla bağlı razılaşdırılmış və təsdiqlənmiş planları mövcuddur.

“Sadəcə məsələ vaxtla bağlıdır”, - mənbə əlavə edib.

Məlumata görə, tərəflər ABŞ Prezidenti Donald Trampın gələcək planları ilə bağlı qərarını verməsini və əməliyyat planlarının həyata keçirilməsi üçün münasib məqamın yetişməsini gözləyirlər.

Vumart və Güvən reklamı Vumart Güvən