“Santa Barbara”nın aktyorunu maşın vurub ÖLDÜRDÜ

 18:00 19.11.2026     35

Amerikalı aktyor Larri Poyndekster dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, noyabrın 14-də ərzaq almaq üçün evdən çıxan 66 yaşlı aktyoru ABŞ-nin Kaliforniya ştatında yolu keçərkən avtomobil vurub. O, aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qabırğalarındakı sınıq səbəbindən əməliyyat olunacağı gözlənilən Larri noyabrın 18-də vəfat edib.

Qeyd edək ki, Larri 40 ildən çox davam edən karyerası ərzində 200-ə yaxın ekran işində rol alıb. O, "Gərgin əməliyyatlar" ("S.W.A.T.") filmində kapitan Tom Fuller, "Həyatımızın günləri" ("Days of Our Lives") serialında isə Ben Uelç və keşiş Lui obrazları ilə tanınıb. Aktyor, həmçinin "Ümumi xəstəxana" ("General Hospital"), "Santa Barbara", "Dostlar" ("Friends") və "Hərbi hüquq" ("JAG") seriallarında çəkilib.

Vumart və Güvən reklamı Vumart Güvən