“Zelenskisiz Ukrayna ilə bağlı heç bir qərar verməyəcəyəm” - Tramp

 21:16 19.11.2026     31

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı qərarların qəbulunda ölkə Prezidenti Volodimir Zelenskinin mövqeyini nəzərə alacağını bildirib.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə NBC telekanalına müsahibəsində danışıb.

“Mən onsuz heç nə etməyəcəyəm, çünki o, bu ölkənin prezidentidir. Mən belə davranmayacağam”, – deyə ABŞ lideri vurğulayıb.

Qeyd edək ki, noyabrın 19-da Çinin Şençjen şəhərində Rusiya, ABŞ və Çin liderləri arasında üçtərəfli görüş keçirilib. Görüşün yekununda Vladimir Putin, Donald Tramp və Si Cinpin birgə bəyannamə qəbul ediblər. Sənəddə BMT-də islahatların aparılması, nüvə risklərinin azaldılması, nüvə silahlarının yayılmasının qarşısının alınması və digər məsələlər əksini tapsa da, Ukrayna mövzusuna toxunulmayıb.

Xatırladaq ki, Zelenski daha əvvəl ABŞ və Çinin Rusiyanı müharibəni dayandırmağa məcbur edə biləcəyini bildirmişdi.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən