ABŞ Avropanın iştirakı olmadan Ukraynada sülhə nail ola bilməz - Merz

 21:38 19.11.2026     85

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerə müraciət edərək Ukraynada sülhün əldə olunması üçün Vaşinqtonla Avropa ölkələrinin birgə fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

“ABŞ bilir ki, biz (Avropa ölkələri) olmadan sülh olmayacaq. Biz də bilirik ki, amerikalılar bizim tərəfimizdə olduqda sülhə nail olmaq şansımız artır”, – deyə Merz amerikalı nümayəndələrə müraciətində bildirib.

Qeyd edək ki, Merz bundan əvvəl Berlində keçirilən “Könüllülər koalisiyası” sammitindən sonra Rusiya ilə mümkün sülh danışıqlarında Ukraynanın və Avropa ölkələrinin iştirakının vacibliyini bəyan edib.

Xatırladaq ki, noyabrın 19-da Rusiya Prezidenti Vladimir Putin, Çin Sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp Çinin Şençjen şəhərində üçtərəfli görüş keçiriblər. Danışıqların yekununda sülh haqqında bəyannamə qəbul edilib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən