"Avropada yeni təhlükəsizlik sisteminin qurulmasında Rusiya-NATO Şurası rol oynaya bilər"
Ukrayna münaqişəsi nizamlandıqdan sonra Avropada yeni təhlükəsizlik sistemi qurulmalıdır. Bu prosesdə Rusiya-NATO Şurası mühüm rol oynaya bilər.
Redaktor.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner bildirib.
“Avropada artıq istifadə edə biləcəyimiz geniş infrastruktur mövcuddur. Məsələn, Rusiya-NATO Şurası. Düşünürəm ki, bu qurum qərarların hazırlanmasında mühüm rol oynayacaq”, – deyə Kuşner bildirib.
O əlavə edib ki, tərəflərin münaqişənin nizamlanması çərçivəsində üzərində işlədiyi bütün məsələlərin həllində Şimali Atlantika Alyansı mühüm dayaq olaraq qalacaq.
Qeyd edək ki, Kuşner daha əvvəl Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Avropa ölkələrinin mövqeyini Rusiyaya çatdıracağına söz verib.
Xədicə BAXIŞLI













