Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsinə xüsusi diqqət ayırıb - Uitkoff

 22:43 19.11.2026     79

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinlə üçtərəfli görüşü zamanı Ukrayna münaqişəsinin nizamlanması məsələsinə xüsusi diqqət yetirib.

Redaktor.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib.

“Tramp Ukrayna məsələsini və münaqişənin sülh yolu ilə başa çatdırılmasını bugünkü üçtərəfli görüşün əsas mövzularından birinə çevirdi”, – deyə Uitkoff bildirib və bu addımına görə ABŞ liderinin təqdirə layiq olduğunu qeyd edib.

Qeyd edək ki, Tramp daha əvvəl Putinin Ukraynanın Krım körpüsünə endirdiyi zərbələrə görə son dərəcə qəzəbli olduğunu açıqlayıb. Ağ Ev rəhbəri Rusiya liderinin reaksiyasını “anlaşılan” adlandırıb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən