Makron Ukraynanın NATO-ya üzvlüyü məsələsinin yenidən müzakirəsini istəyir

 22:59 19.11.2026     96

Fransa Prezidenti Emmanuel Makron Ukraynanın NATO-ya mümkün üzvlüyü məsələsinin danışıqlar gündəliyinə yenidən daxil edilməsinin vacibliyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

“Ukraynanın NATO-ya üzvlüyü məsələsini yenidən müzakirə etməyə başlamalıyıq”, – deyə dövlət başçısı Berlində “Könüllülər koalisiyası”nın görüşündən sonra bildirib.

Berlində keçirilən danışıqlarda Almaniya, Fransa, Böyük Britaniya və İtaliya liderləri, həmçinin NATO-nun baş katibi Mark Rutte və Ukrayna Prezidenti Volodimir Zelenski iştirak ediblər. ABŞ-ni isə prezidentin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff təmsil ediblər.

Qeyd edək ki, noyabrın 15-də Makron Ukraynanın NATO-ya üzv olmalı olduğunu bildirib. O, bu fikrini ölkənin “Avropanın ən güclü şərti silahlı qüvvələrinə malik olması” ilə əsaslandırıb. Fransa Prezidenti Kiyevin “layiqli yerə” sahib olmalı olduğunu da vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyi Makronun bu tələbini istehza ilə qarşılayıb. Rusiya Federasiya Şurasında isə Fransa liderinin “nə danışdığını tam anlamadığı” ehtimalı irəli sürülüb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən