Dmitriyev Avropada sülhün çətinliyindən DANIŞDI
Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Avropada sülh konsensusunun yaradılmasının çətin olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə hesabında yazıb.
Dmitriyev bu fikirləri ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkofun Berlində keçirilən “Könüllülər koalisiyası”nın iclasından sonra verdiyi açıqlamaya cavab olaraq səsləndirib.
Uitkof Avropa liderlərinin Ukrayna böhranının həlli üçün ciddi öhdəlik nümayiş etdirdiklərini bildirib.
Dmitriyev isə Avropada sülh üçün real konsensusun formalaşdırılmasının çətinliyini vurğulayıb.
Aytəkin TOFİQQIZI













