Ana 10 yaşlı qızına pis qiymətlərə görə işgəncə verib

 09:52 20.11.2026     75

Rusiyanın Primorsk diyarında 10 yaşlı qızını dərslərindən aldığı pis qiymətlərə görə bir ildən artıq müddətdə mütəmadi döyən ana məhkəmə qarşısına çıxarılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə diyar prokurorluğu məlumat yayıb.

Məlumata görə, təqsirləndirilən qadın 2025-ci ilin aprelindən 2026-cı ilin iyulunadək qızına qarşı mütəmadi zorakılıq edib. Ana övladının dərslərini kifayət qədər yaxşı oxumadığını düşündüyü üçün onu döyüb.

Hadisələrin birində qadın bıçaq götürərək qızının saçından tutub və bıçağın tiyəsini uşağın boğazına dirəyərək onu öldürməklə hədələyib.

Ailədə baş verənlərdən xəbər tutduqdan sonra azyaşlı himayəyə verilib. Ana barəsində işgəncə vermə və öldürməklə hədələmə maddələri üzrə cinayət işi açılıb. İstintaq materialları baxılması üçün məhkəməyə göndərilib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən