ABŞ-də Trampın qərarlarına ETİRAZ

 10:06 20.11.2026     37

ABŞ Konqresindəki bəzi respublikaçılar Prezident Donald Trampın Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə Çində keçirilən sammitdə əldə etdiyi razılaşmalardan narazı qalıblar.

Redaktor.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Məlumata görə, narazılığa səbəb qlobal neft tədarükünün artırılması ilə bağlı razılaşmadır. Respublikaçılar hesab edirlər ki, bu addım yanacaq qiymətlərinin aşağı düşməsinə səbəb olmayacaq.

Texas ştatından olan respublikaçı senator Con Kornin razılaşmanı böyük səhv adlandırıb.

O bildirib ki, bu qərar ara seçkilərdən əvvəl dizel yanacağının qiymətinə təsir göstərməyib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən